Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları hansılardır?

  • Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları aşağıdakılardır:
    • lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verilə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir.
    • İnzibati qaydada verilmiş şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilər.
    • İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilə bilər.

Sayt test rejimində çalışır