Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları hansılardır?

Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrinməhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları aşağıdakılardır:

    • Lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqanainzibati qaydada şikayət verilə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraathaqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətindəbaxılır və mahiyyəti üzrə qərar qəbul edilir.

    • İnzibati qaydada verilmiş şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və yahərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla)İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilər.

    • İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilə bilər.

Sayt test rejimində çalışır