Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya əldə olunması üçün edilmiş müraciətlərə hansı müddətə baxılır?

 

İqtisadiyyat Nazirliyi təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyataalındığı tarixdən 10 iş günündən gec olmayaraq, lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

Nəzərə alınmalıdır ki, İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr haqqında” AzərbaycanRespublikası Qanununun 19.6.1-ci maddəsinə uyğun olaraq, Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün Təhsil Nazirliyinə rəy (razılıq) alınması məqsədi ilə müraciətetdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət (razılıq verilmiş) hesab olunur.

Təhsil Nazirliyi tərəfindən rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddətlisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cümaddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlbolunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günüərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və yamütəxəssis rəyinin bildirilməsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bumüddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir.

Sayt test rejimində çalışır