SSRİ-nin mövcud olduğu dövrdə, postsovet məkanında olan ali təhsil müəssisəsindən məzun olmuşam. Ali təhsil ixtisasımın Azərbaycan Respublikasında tanınması üçün müraciət etməliyəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədlərinə münasibətdə tətbiqinə ehtiyac yoxdur.

Sayt test rejimində çalışır