Şəxsi kabinetimdə müraciətimin statusu olaraq “İcraatı dayandırıldı” yazılıb. Bu nə deməkdir?

Bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, iki səbəbdən baş verə bilər:

1. Tanınma prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Təhsildə Keyfiyyət Təminatı Agentliyində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz. Bu səbəbdən, müsahibədə iştirakınızadək sənədlərinizin icraatı dayandırılmışdır.

Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə musahiba@tkta.edu.az elektron poçt ünvanına yazmağınız xahiş olunur;

2. Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər) yalnız şəxsi kabinetiniz vasitəsilə təqdim olunduqdan sonra icraat davam etdiriləcəkdir.

Diqqətinizə çatdırırıq ki, tələb olunan sənəd(lər)i elektron ərizədən savayı digər vasitələrlə təqdim edəcəyiniz təqdirdə, müraciətiniz qəbul edilməyəcəkdir.

Sayt test rejimində çalışır