Ekspertiza zamanı təhsil sənədinin onun təqdim edildiyi ölkədə sahibinə verdiyi hüquqlar nəzərə alınır mı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa), bu hal sizin həmin təhsil sənədi üzrə aldığınız ixtisasın tanınmasından imtina etmək üçün səbəb ola bilər.

Sayt test rejimində çalışır