Şəxsi kabinetimə daxil olmaq üçün mənə təqdim olunan istifadəçi adı və şifrəni unutmuşam. Bunun üçün nə etməliyəm?

Şəxsi kabinetin şifrəsi unudulduğu təqdirdə, “ŞİFRƏNİ UNUTMUŞAM” bölməsini sıxaraq şifrəni bərpa etmək mümkündür. Yenilənmiş şifrə barədə məlumatlar qeydiyyat zamanı müraciətçinin qeyd etdiyi elektron poçt ünvanına ötürülür.

 

Əgər şifrənin bərpası zamanı qeydiyyatdan keçərkən istifadə olunan elektron poçt ünvanı aktiv deyilsə, bununla bağlı info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur. Ətraflı məlumat üçün təlimata daxil olmağınız xahiş olunur.