Xidmət üçün ödənişin həyata keçirilməsi elektron ərizə sistemindən birbaşa bank kartı vasitəsilə mümkündür. Əlavə olaraq, ödənişin hökumət ödəniş portalı (www.gpp.az), poçt və ya bank vasitəsilə reallaşdırılması da mümkündür. Bunun üçün siz ərizənizdə qeyd edilən ödəniş kodu ilə HÖP-də müvafiq əməliyyatı həyata keçirməli və ya əməliyyatı həyata keçirməsi üçün ödəniş kodunu yaxınlıqdakı poçt və ya banka təqdim etməlisiniz.
Q.Qarayev prospekti 2B (Bakı Texniki Kolleci). AZ 1060, Azərbaycan, Bakı. Agentliyə giriş Kamil Balakişiyev küçəsi.