Orta təhsil haqqında attestat əsasında xarici ali təhsil müəssisəsinə qəbul olunmuşam. Təhsilimi bitirdikdən sonra tanınma üçün müraciət etdikdə, bu halın nə kimi mənfi təsiri ola bilər?

Ali təhsil müəssisəsinə qəbul olunma növü ekspertiza zamanı nəzərə alınır, lakin tanınma üçün yeganə amil deyildir.

Nəzərinizə çatdırırıq ki, son dövrlərdə attestat əsasında bakalavriat pilləsinə qəbul adı altında keyfiyyətsiz təhsil verən ali təhsil müəssisələrinin sayının ciddi surətdə artması halı Təhsil Nazirliyini narahat etməkdədir.

Sayt test rejimində çalışır