Müsahibəyə gələrkən özümlə birlikdə başqa şəxs (valideyn, dost və s.) gətirə bilərəmmi?

Təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edəcəyi təqdirdə iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə gələrkən, özünüzdən savayı kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz xahiş olunur.

 

Diqqət!!! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il iyun ayının 1-dək dayandırılmışdır. Bu səbəbdən, müsahibələr müvəqqəti olaraq onlayn formatda həyata keçirilməkdədir.

Əlavə olaraq, bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaqdır.