Müsahibəyə gələrkən özümlə birlikdə başqa şəxs (valideyn, dost və s.) gətirə bilərəmmi?

Təhlükəsizlik zərurəti ilə əlaqədar olaraq, müsahibədə yalnız müraciətçi şəxsiyyət vəsiqəsini təqdim edəcəyi təqdirdə iştirak edə bilər. Bu səbəbdən, müsahibədə iştirak etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə gələrkən, özünüzdən savayı kənar şəxsləri (valideyn, dost və s.) dəvət etməməyiniz xahiş olunur. (Bu barədə www.tkta.edu.az internet səhifəsinin “Tanınma - Müsahibə” bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz). Diqqət!!! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il yanvar ayının 31-dək dayandırılmışdır. Bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaqdır.

Sayt test rejimində çalışır