Müsahibə harada və nə zaman keçiriləcək?

Müsahibə Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçiriləcək. Ünvan: Bakı şəhəri, Q.Qarayev prospekti 2B (Bakı Texniki Kollecinin inzibati binası). AZ 1060. Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat sizə elektron ərizə vasitəsi ilə bildiriləcəkdir. 

 

Diqqət!!! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il iyun ayının 1-dək dayandırılmışdır. Bu səbəbdən, müsahibələr müvəqqəti olaraq onlayn formatda həyata keçirilməkdədir.

Əlavə olaraq, bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaqdır.