Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 4.2-ci bəndinə əsasən, tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina olunması səbəbləri müraciət edəni qane etməzsə, o, müvafiq qaydada şikayət edə bilər.
Diqqətinizə çatdırırıq ki, Sizin 30 (otuz) gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət etmək hüququnuz vardır.
Q.Qarayev prospekti 2B (Bakı Texniki Kolleci). AZ 1060, Azərbaycan, Bakı. Agentliyə giriş Kamil Balakişiyev küçəsi.