Təhsil sənədinin leqallaşdırılması dedikdə nə nəzərdə tutulur?

Tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.

 

Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptii imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.

 

Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində diplom və transkripti imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin (ali təhsil müəssisəsinin) adı qeyd olunmalıdır.

 

Ətraflı məlumat üçün "Kvalifikasiyaların tanınması - Leqallaşdırma" bölməsinə daxil olmağınız xahiş olunur