Ali təhsil haqqında sənədlərimin (diplom və transkript) tanınma üçün təqdim olunmadan öncə verildiyi ölkədə leqallaşdırılmasına ehtiyac var mı?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 2.1-ci bəndinə əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənədlər (diplom və transkript), verildiyi ölkədə bir qayda olaraq leqallaşdırılmalıdır.

Ətraflı məlumat üçün “Kvalifikasiyaların tanınması - Leqallaşdırma” bölməsinə daxil olmağınız xahiş olunur.

Sayt test rejimində çalışır