Fərdi (individual) qrafik üzrə/əyani-qiyabi/qiyabi-əyani təhsilalma forması Azərbaycan Respublikası ərazisində tanınırmı?

Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma forması nəzərdə tutulmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, bu tip təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması mümkün deyildir.

Sayt test rejimində çalışır