Xaricdə əldə etdiyim ixtisasa Azərbaycan Respublikasında ekvivalent ixtisasın olması və ya həmin ixtisasın tədris planı və proqramının məzmununun ölkəmizdəki analoji ixtisasla

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınır.

 

Bu səbəbdən, xaricdə aldığınız ali təhsil ixtisasınızın ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq, sizin aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün olmayacaqdır.

Sayt test rejimində çalışır