Ekspertiza zamanı tədris normativinə/tədris müddətində dərslərə davamiyyət normasına/normativ müddətin tələbinə riayət edilib-edilməməsi nəzərə alınır mı?

Diqqətinizə çatdırırıq ki, Qaydaların 3.4-cü bəndinə uyğun olaraq, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin (o cümlədən təhsil müddəti) uyğunluğu nəzərə alınır.

 

Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.06.2010-cu il tarixli, 117 nömrəli və 12.05.2010-cu il tarixli, 88 nömrəli qərarları ilə təsdiq olunmuş, müvafiq olaraq “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın və “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı bəndlərinə əsasən bakalavriat/magistratura səviyyəsində müvafiq təhsilalma forması üzrə təhsilin normativ müddətinə və həmçinin təhsil aldığınız xarici ali təhsil müəssisəsinin bakalavriat/magistratura səviyyəsində həmin təhsilalma forması üzrə tələb olunan tədris normativinə riayət etməyiniz zəruridir.

Sayt test rejimində çalışır