Tanınma haqqında şəhadətnamənin əslini əldə etmək üçün nə etməliyəm?

Şəhadətnamələri əldə etmək üçün (həftə içi hər gün saat 17:00-18:00 arası) Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşmağınız tələb olunur (Diqqət!!! Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 2021-ci il iyun ayının 1-dək dayandırılmışdır. Bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də qebul@tkta.edu.az və ya info@tkta.edu.az elektron poçt ünvanları vasitəsilə cavablandırılacaqdır).