Xarici ali təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialları tərəfindən verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır mı?

Yalnız aşağıda adları qeyd edilən ali təhsil müəssisələri tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır:

 

1) Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2) Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində). 2006-cı ildən Akademiya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsisçiliyi ilə “Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası” adı ilə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir;
3) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (27.02.2009-cu ildən) etibarən);
4) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (15.05.2015-ci ildən) etibarən).

Sayt test rejimində çalışır