Image alternative text, required
TKTA ali təhsil müəssisələrini sorğuda iştirak etməyə dəvət edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrinin əməkdaşlarını və rəhbərliyini anonim sorğuda iştirak etməyə dəvət edir. Sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etmək, Agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.

 

Xatırladaq ki, TKTA-nın nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.

 

Sorğuda iştirak etmək üçün keçiddən  istifadə edə bilərsiniz.