Image alternative text, required
TKTA Təlim və metodologiya şöbəsinin böyük məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir
Title

Təlim və metodologiya şöbəsi

 Böyük məsləhətçi

  1. Təhsil müəssisələri üçün təlimlərin və digər maarifləndirici xidmətlərin göstərilməsi prosesinin təşkilində iştirak etmək;
  2. Təlim və digər maarifləndirici tədbirlər barədə metodologiyaların hazırlanmasında iştirak etmək;
  3. Təhsil müəssisələrinin fəaliyyətini, bu barədə hazırlanan tövsiyələri, hesabatları və təhsil müəssisələrindən daxil olan müraciətləri nəzərdən keçirərək təhsil müəssisələri üçün təlimlər, maarifləndirici tədbirlər və inkişaf planları ilə bağlı təkliflər və siyahılar hazırlamaq;
  4. Beynəlxalq təcrübələri araşdıraraq və təhsil müəssisələrinin fəaliyyətini nəzərdən keçirərək onların təlim ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində inkişaf planları barədə təkliflər hazırlamaq;
  5. Təlim və digər maarifləndirici tədbirlər ilə bağlı göstərilmiş xidmətlərin effektivliliyi və nəticələri barədə qiymətləndirmə aparmaq;
  6. Keçiriləcək müxtəlif təlimlər və maarifləndirici tədbirlər barədə müvafiq materialların hazırlanmasında iştirak etmək.

Tələblər:

  1. Tam ali təhsil;
  2. Ali təhsil müəssisələrində təlim və tədris prosesinin təşkili və idarə edilməsi üzrə minumum 3 il təcrübə;
  3. Təhsilin yerli hüquqi və normativ bazası haqqında ətraflı biliklərə sahib olmaq;
  4. Təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq çərçivə sənədləri, çağırışlar və trendlər haqqında məlumatlı olmaq;
  5. Dil bilikləri (Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti, ingilis dili B2, C1);
  6. İşgüzar ünsiyyət, yazışma və təqdimetmə, komandada işləmə bacarıqları;
  7. Təhlil etmə bacarığı;
  8. Kompüter bilikləri (MS Office).

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi 30.12.2023

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.