Image alternative text, required
TKTA İnformasiya və insan resursları şöbəsinin aparıcı məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir
Title

İnformasiya və insan resursları şöbəsi

 Aparıcı məsləhətçi

  1. Agentliyin illik media planlarının tərtib olunması istiqamətində və planın icrası barədə tapşırılan işləri həyata keçirilməsi;
  2. Agentliyin fəaliyyətinin kütləvi informasiya vasitələrində (bundan sonra – KİV) işıqlandırılması ilə əlaqədar pres-relizlərin, məlumat bülletenlərinin, bəyanatların, müsahibələrin, çıxışların hazırlanması;
  3. Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların Azərbaycan və ingilis dilində  hazırlanmasını və məlumatları sayt və səhifələrdə yerləşdirilməsinin həyata keçirilməsi;
  4. Agentliyin fəaliyyəti ilə bağlı KİV-lərdə yayımlanan materialların gündəlik monitorinqini aparılması və təhlillər nəticəsində müvafiq hesabatların hazırlanması;
  5. KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsinin təmin eilməsi;
  6. Agentliyin rəsmi internet səhifəsini və sosial şəbəkədə olan hesablarının mütəmadi olaraq izlənməsi, dizayn və struktur dəyişiklərinə dair təkliflərin verilməsi;
  7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.

Tələblər:

  1. Tam ali təhsil;
  2. İctimaiyyətlə əlaqələr/marketinq sahəsi üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
  3. Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
  4. Dil bilikləri: İngilis dili əsasdır. Rus dili arzuolunandır;
  5. MS Office proqram biliyi, Facebook Ads, Google Analytics, Google Ads üzrə biliklər;
  6. İctimaiyyətlə əlaqə və rəqəmsal marketinq istiqamətləri üzrə biliklərin olması arzuolunandır.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi 30.12.2023

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.