Qiymətləndirmə və tanınma prosesində iştirak edəcək ekspertlərin seçimi davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  Bağban dekorator, Əməliyyatçı mühasib, Heyvandarlıq mütəxəssisi, Bitkiçilik mütəxəssisi, Dayə, Dərzi peşə ixtisasları üzrə vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınma prosesinə cəlb olunacaq ekspertlərin seçimi davam edir.

 

Tələblər:

  • Müvafiq ixtisaslar  üzrə ən azı 5 illik iş təcrübəsinə (istehsalat təcrübəsinə) və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinə sahib olmalı;
  • İxtisaslar üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştəyə malik olmalı;
  • Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığına malik olmalı;
  • Namizədlə ünsiyyət qurma və işləmə bacarığına sahib olmalı;
  • Ekspert fəaliyyət istiqaməti üzrə VÖEN-ni olmalıdır.

 

Vəzifə öhdəlikləri:

  • Müvafiq ixtisasın modulları üzrə sual və tapşırıqların hazırlanması;
  • Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;
  • Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaq və maraqların toqquşmasından qaçmaq;
  • Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların  (imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq və  Agentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq.

 

  İş qrafiki: Ödənişli əsaslarla “Xidmət müqaviləsi” əsasında, təyin olunmuş imtahan tarixindən  asılı olaraq müvafiq qrafikə uyğun olacaqdır.

 

 Son müraciət tarixi: 15.04.2023

 

 Müraciət etmək istəyən namizədlərin qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə etməkləri xahiş olunur.