Qiymətləndirmə və tanınma prosesində iştirak edəcək ekspertlərin seçimi davam edir

Qiymətləndirmə və tanınma prosesində iştirak edəcək ekspertlərin seçimi davam edir.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bərbər, Bağban-dekorator, Qənnadçı-şirniyyatçı, Tikiş avadanlıqlarının operatoru, tikişçi, Baytar texniki, Mobil telefonların təmiri ustası, Plastik boru qaynaqçısı, Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, Elektrik qaz qaynaqçısı, Turizm sahəsində iaşə üzrə mütəxəssis, Avtomobillərin təmiri üzrə çilingər və Aşpaz peşə ixtisasları üzrə vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınma prosesinə cəlb olunacaq ekspertlərin seçimi davam edir.

 

Tələblər:

  • Müvafiq ixtisaslar  üzrə ən azı 5 illik iş təcrübəsinə (istehsalat təcrübəsinə) və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinə sahib olmalı;
  • İxtisaslar üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştəyə malik olmalı;
  • Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığına malik olmalı;
  • Namizədlə ünsiyyət qurma və işləmə bacarığına sahib olmalı;
  • Ekspert fəaliyyət istiqaməti üzrə VÖEN-ni olmalıdır.

 

Vəzifə öhdəlikləri:

  • Müvafiq ixtisasın modulları üzrə sual və tapşırıqların hazırlanması;
  • Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;
  • Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaq və maraqların toqquşmasından qaçmaq;
  • Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların  (imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq və  Agentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq.

 

  İş qrafiki: Ödənişli əsaslarla “Xidmət müqaviləsi” əsasında, təyin olunmuş imtahan tarixindən  asılı olaraq müvafiq qrafikə uyğun olacaqdır.

 

 Son müraciət tarixi: 30.05.2022

 

 Müraciət etmək istəyən namizədlərin qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə etməkləri xahiş olunur.