Akkreditasiya şurası - Akkreditasiya şurası akkreditasiyanın nəticələrinə dair yekun qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır. Akkreditasiya Şurasının fəaliyyəti Nazirlik tərəfindən təsdiq edilmiş Akkreditasiya Şurasının Əsasnaməsi ilə tənzimlənir. Akkreditasiya Şurasına Azərbaycan Respublikasının elm və təhsil naziri rəhbərlik edir. Şura ictimai əsaslarla fəaliyyət göstərir.
Akkreditasiya Şurasının tərkibinə aşağıdakı şəxslər daxil edilirlər:
1. yerli və xarici təhsil və ya müvafiq elmi tədqiqat sahələrinin mütəxəssisləri;
2. işəgötürənlər;
3. təhsilalanlar və ya qanuni nümayəndələr;
4. tabeliyində təhsil müəssisəsi olan nazirliklərin, təşkilatların və idarələrin nümayəndələri;
5. qeyri-hökumət təşkilatlarının nümayəndələri.
Akkreditasiya Şurası akkreditasiya prosesində göstərdiyi fəaliyyətlər
Akkreditasiya Şurası akkreditasiya prosesində aşağıdakı hərəkətləri yerinə yetirir: