Image alternative text, required
Rəhbərlik
Name Surname profile image
Tural Teymur oğlu Əhmədov

İdarə Heyətinin sədri

Tural Əhmədov 1983-cü ildə anadan olub.

 

2000-2004-cü illərdə Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.
2005-2007-ci illərdə Golda Meir təqaüdü ilə Yerusəlim İbrani Universitetində (Hebrew University of Jerusalem) sosial elmlər üzrə magistr dərəcəsi alıb.
2004-2005 və 2007-2008-ci illərdə Azərbaycan Dillər Universitetində regionşünaslıq ixtisası üzrə magistr dərəcəsi alıb.
2011-2012-ci illərdə Fulbright təqaüdü ilə Sirakuz Universitetində (Maxwell School of Syracuse University) beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
2008-ci ildə Brandeis Universitetində və Tel-Aviv Universitetində, 2009-cu ildə Oslo Universitetində və Nansen Akademiyasında, 2011-ci ildə Şimali Karolina Dövlət Universitetində, 2015-ci ildə Avropa Kollecində (College of Europe) qısa müddətli təlimlərdə iştirak edib.


2007-2021-ci illər ərzində bir sıra ali təhsil müəssisələrində (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti və Xəzər Universiteti) pedaqoji və inzibati fəaliyyətlə məşğul olub.
2013-2015-ci illərdə Azərbaycan NATO Beynəlxalq Məktəbinin icraçı direktoru vəzifəsində çalışıb.

 

2015-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.
 

1 dekabr 2023-cü il tarixində etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edir.
 

Evlidir, 2 övladı var.

 

 

 

Name Surname profile image
Kamran Əli Ağa oğlu Rəsulov

İdarə Heyətinin sədr müavini

Kamran Rəsulov  1987-ci ildə anadan olub.

 

2005-2010-cu illərdə Türkiyənin paytaxtı Ankara şəhərində Hacəttəpə Universitetinin İqtisadi və idari elmlər fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistratura səviyyəsində ali təhsil alıb.

 

2015-ci ildə “Sənayedə innovasiya fəaliyyətinin səmərəliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2022-ci ildə isə dosent elmi adını alıb.

 

2012-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və satatistika kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

 

Azərbaycan Texniki Universitetində rektor köməkçisi, rektorun iqtisadi işlər üzrə məsləhətçisi, İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində çalışıb.

 

2016-2021-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

 

2021-2022-illərdə Azərbaycan Texniki Universitetində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsində çalışıb.

 

2022-ci ildən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışır.

 

Ailəlidir, 2 (iki) övladı var.