Image alternative text, required
TKTA tərəfindən zərgərlərə peşə ixtisasını təsdiq edən sənəd təqdim edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi   Azərbaycan Zərgərlər Assosiasiyası  İctimai Birliyi ilə imzalanmış Memorandum çərçivəsində həyata keçirilən, formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Zərgər” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri  bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra təltifolunma mərasimi həyata keçirilib.

Tədbirdə qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova imtahanlardan uğurla keçən namizədləri təbrik edib. Həmçinin ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən, TKTA tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışıb.

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunub.