Image alternative text, required
TKTA tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş Milli Aviasiya Akademiyasının əməkdaşlarına sertifikatlar təqdim edilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə  Milli Aviasiya Akademiyası (MAA) arasında təlim xidmətlərinin göstərilməsi barəsində imzalanan müqaviləyə uyğun olaraq TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” və “Beynəlxalq təcrübədə tyutorluq” başlıqları üzrə təlimlərdə iştirak etmiş MAA-nın heyət üzvlərinə müvafiq sertifikatlar təqdim edilib. 

Təqdimetmə mərasimində TKTA-nın İdarə Heyətinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov, Təlim və metodologiya şöbəsinin müdiri Simnar Mamedov və MAA-nın tədris işləri üzrə birinci prorektoru Ədalət Səmədov iştirak ediblər.

Tədbirdə çıxış edən Kamran Rəsulov və Ədalət Səmədov TKTA-nın ali təhsil müəssisələrinə daxili və xarici keyfiyyət təminatı istiqamətində göstərdiyi institusional və metodoloji dəstək fəaliyyətlərinin əhəmiyyətini həmçinin, bu istiqamətdə davamlı əməkdaşlığın önəmini heyət üzvlərinin diqqətinə çatdırıblar.

Tədbir zamanı “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” təlim başlığı üzrə 36 “Beynəlxalq təcrübədə tyutorluq” təlim başlığı üzrə isə 13 nəfər heyət üzvünə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.