Image alternative text, required
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans keçiriləcək
Title

11 dekabr 2023-cü il tarixində  “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans təşkil olunacaq.

Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin əsas  məqsədi məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanış olmaqdır.

Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”,  “Məktəbəqədər təhsildə effektiv idarəetmə”,  “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.

Beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürür.  

Konfrans Təhsil TV vasitəsi ilə Azərbaycan dilində tərcümə ilə canlı yayımlanacaq.