Image alternative text, required
Keyfiyyət təminatı üzrə Bolonya Tematik Qrupunun 5-ci iclası keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov Keyfiyyət təminatı üzrə Bolonya Tematik Qrupunun onlayn formatda baş tutan 5-ci iclasında iştirak edib. Avropa Ali Təhsil Məkanı üzv ölkələrinin təhsil sistemlərinin nümayəndələrinin iştirak etdiyi görüşdə heyət keyfiyyət təminatı prosesinin rəqəmsallaşdırılması, Avropa universitetlərinin keyfiyyət təminatı, ikili proqramların keyfiyyət təminatına Avropa yanaşması, Bolonya Prosesi üzrə İcra Hesabatının keyfiyyət təminatına həsr olunmuş fəslinin hazırlıq vəziyyəti və işçi qrupun növbəti addımlarınının müzakirəsi keçirilib.