Image alternative text, required
“Azərbaycan ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmədə daxili keyfiyyət təminatının gücləndirilməsi” layihəsi çərçivəsində təcrübə səfəri təşkil edilib
Title

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, “Azərbaycan ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmədə daxili keyfiyyət təminatının gücləndirilməsi” layihəsi çərçivəsində TKTA əməkdaşlarının  İspaniyanın Mursiya şəhərinə təcrübə səfəri baş tutub.

Səfərdə layihə konsorsiumunun digər tərəfdaşları, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Vitenborq Universiteti, “456 International BV” və Mursiya Katolik Universiteti (UCAM) də iştirak edib.

Qeyd edək ki, təcrübə səfərinin əsas məqsədi daxili keyfiyyət təminatı siyasəti, göstəriciləri və müəssisə səviyyəsində inkişaf etdirilmiş yaxşı təcrübələr və nümunələr ilə bağlı məlumat əldə etmək olub.

Səfər zamanı, həmçinin Azərbaycanda ATM-lərin daxili keyfiyyət təminatı indikatorları” sənədi layihə tərəfdaşları tərəfindən müzakirə edilərək pilot müddəti üçün ilkin variant müəyyənləşdirilib.