Image alternative text, required
TKTA tərəfindən üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı çərçivəsində “Dərzi”, “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə ümumilikdə 13 nəfərin qeyri-formal və informal yollarla əldə etdikləri bacarıq və təcrübələrinin TKTA tərəfindən qiymətləndirilməsi və tanınması həyata keçirilib.

Praktiki imtahanlar Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM)  təşkil edilib.  TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov və Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM-in direktoru Pərviz Həmzəyev komissiya üzvü kimi,  sahə üzrə müstəqil ekspert qismində isə Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM-in  təlimçi-metodistləri:  “Dərzi” peşə ixtisası üzrə Sima Hüseynova, “Bərbər” və “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə Samirə Əliyeva iştirak ediblər.

Praktiki imtahanlar Mədəniyyət və Sənətkarlıq üzrə BDPTM-də keçirilib. İmtahanlarda uğurlu nəticə göstərən namizədlərə TKTA tərəfindən müvafiq peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Bildiririk ki, bu fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdir. TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.