Image alternative text, required
TKTA “Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi” vakansiyası elan edir
Title

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “TMŞ baş məsləhətçi” qeyd etməklə 29 dekabr 2025-ci il tarixinədək göndərə bilərlər:

 

Tələblər

- Ali təhsil;

- Keyfiyyət təminatı, təhsilin idarəedilməsi, insan resurslarının idarəedilməsi kimi sahələr üzrə ən azı 2 illik iş təcrübəsi;

- Təlimçi olaraq ən azı 2 illik iş təcrübəsi;

- Yüksək səviyyədə Azərbaycan, ingilis dili biliyi;

- Microsoft Office proqramlarını (xüsusilə Power Point və Excel) yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;

- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;

- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək bacarığı;

- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;

- Monitorinq və qiymətləndirmə bacarığı;

- Təşkilatçılıq bacarığı.

 

Məsuliyyət

1. Təhsil müəssisələri üçün təlimlərin və digər maarifləndirici xidmətlərin göstərilməsi prosesinin təşkilində iştirak etmək və işlərin gedişatına nəzarət etmək;

2. Təlim və digər maarifləndirici tədbirlər barədə metodologiyalar hazırlamaq;

3. Təhsil müəssisələrinə akkreditasiya ilə bağlı hesabatların hazırlanması istiqamətində təlimlər keçirilməsini təmin etmək;

4. Keyfiyyət təminatı və akkreditasiya prosesi üzrə ekspert bazasının qurulmasında iştirak etmək və seçilmiş ekspertlər üçün müvafiq təlimlər təşkil etmək;

5. Beynəlxalq təcrübələri araşdıraraq və təhsil müəssisələrinin fəaliyyətini nəzərdən keçirərək onların təlim ehtiyaclarını müəyyənləşdirmək və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində inkişaf planları barədə təkliflər hazırlamaq;

6. Şöbənin fəaliyyət istiqamətləri üzrə kənardan cəlb edilmiş təhsil ekspertlərinin işinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;

7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.