16-19 dekabr 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin əməkdaşları Nigar Əsgərova və Bəyim Abdulla Xorvatiya Respublikasının Elm və Ali Təhsil Agentliyində (ASHE) heyət mübadiləsində iştirak edib.
Səfərin əsas məqsədi keyfiyyət təminatı istiqamətində ASHE təcrübəsi ilə yaxından tanış olmaq, eləcə də TKTA təcrübəsini bölüşməkdən ibarətdir.
Səfər zamanı ASHE-nin direktoru prof.Danijela Horvatek Tomic, Agentliyin struktur bölmə rəhbərləri və əməkdaşları ilə görüşlər keçirilib. Agentlik direktoru ASHE-nin missiyası, strateji hədəfləri, təşkilati strukturu, onun institusional inkişafı və beynəlmiləlləşməsi haqqında təqdimatla çıxış edib.
Görüşdə TKTA əməkdaşları Agentliyin fəaliyyəti, mandatı, əsas fəaliyyət istiqamətləri və milli səviyyədə əldə olunan nəticələr barədə təqdimatla çıxış ediblər.
Səfər zamanı Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Mərkəzi və Şərqi Avropa Agentlikləri Assosiasiyasının (CEENQA) İdarə Heyətinin sədri, eyni zamanda ASHE-nin direktor müavini Vesna Dodikoviç-Jurkoviç ilə də görüş keçirilib.
Görüşdə CEENQA-nın ali təhsildə keyfiyyət təminatının inkişafı üçün təşkilata üzv olan ölkələrin agentlikləri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb.

.jpeg)
