Image alternative text, required
TKTA əməkdaşları Türkiyə Respublikasında heyətin mübadiləsində iştirak edib
Title

Qeyri-formal və informal təhsilin tanınması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) əməkdaşları 8–12 dekabr 2025-ci il tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edib.

Səfər çərçivəsində TKTA-nın Kvalifikasiyaların tanınması departamentinin direktoru Elmir Həsənov, Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin əməkdaşları Vüsalə Mütəllibova və Şəbnəm Camalzadə qardaş ölkənin müvafiq qurum və təşkilatları ilə bir sıra görüşlər keçiriblər.

Görüşlər zamanı Türkiyə Respublikasının Mesleki Yeterlilik Kurumu tərəfindən  səlahiyyət verilmiş Belgelendirme Kuruluşları Derneyi ilə qiymətləndirmə və tanınma mexanizmləri, nəzəri və praktiki imtahanların təşkili ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Belgelendirme Kuruluşları Derneyinin rəhbəri Cengizhan Kutlu,  Seviye Belgelendirme Uluslararası Mesleki Yeterlilik  təşkilatının baş direktoru Onur Zara və keyfiyyət üzrə menecer Emre Eregizlinin iştirakı ilə işgüzar görüşlər keçirilib. Bununla yanaşı, Genç Akademik Gelişim Eğitim Hizmetleri ve Kırtasiye Ticaret Limited Şirkətinin baş direktoru Şeyma Savaş və keyfiyyət üzrə menecer Özlem Demiröz Aslantatar ilə qeyri-formal və informal təhsilin tanınması proseslərində tətbiq olunan yanaşmalar müzakirə olunub.

Görüşlər zamanı qiymətləndirmə və tanınma prosesləri, nəzəri və praktiki imtahanların təşkili və imtahan nəticələrinin etibarlılığının təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda səfər zamanı müxtəlif peşə ixtisasları üzrə nəzəri və praktiki imtahanlar yerində izlənilmişdir.