Image alternative text, required
“Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

7 may 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən  “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə praktiki imtahan keçirilib.

 “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər praktiki imtahan üçün “Honey Cake studio” MMC-nin istehsalat bazasına dəvət olunub.  

TKTA-nın məsul əməkdaşının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Honey Cake studio” MMC-nin  direktoru Gülnar Rəsulova, sahə üzrə müstəqil ekspert qismində isə təlimçi ekspert Kəminə Əsədova iştirak edib.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Yekunda, hər iki mərhələdə uğur qazanan namizədlər “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunublar.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən sözügedən sənəd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.