Image alternative text, required
“Əməliyyatçı-mühasib” peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Əməliyyatçı-mühasib” peşə ixtisası üzrə praktiki imtahan həyata keçirilib.

Sözügedən peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanmış namizədlər praktiki imtahan üçün “AS Group Tədris Mərkəzi”  MMC-yə dəvət olunublar.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov, “AS Group Tədris Mərkəzi” MMC-nin direktoru İlkin Tağıyev və sahə üzrə müstəqil ekspert kimi Mətanət A” şirkətinin baş mühasibi Nurlan Nəsirov iştirak ediblər.

Qeyd edək ki, sözügedən imtahanlar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nı çərçivəsində TKTA-nın maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilir.

Adıçəkilən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarına inteqrasiyasına və onların gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, habelə bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.