9 sentyabr 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” sənədlərinin yeni redaksiyasının müzakirəsinə həsr olunmuş növbəti ekspert görüşü təşkil olunub.
Görüşdə maraqlı tərəfləri – ali təhsil müəssisələri, əmək bazarı və dövlət qurumlarını təmsil edən 20 nəfərə yaxın ekspert iştirak edib.
Tədbirin əsas məqsədi ekspertlərin sənədlərin yenilənmiş məzmunu ilə tanışlığı, təklif olunan əsas dəyişikliklərin təqdim edilməsi, həmçinin onların peşəkar rəy və tövsiyələrinin dinlənilməsi olub.
Görüş çərçivəsində qiymətləndirmə meyarlarının ali təhsil müəssisələrinin keyfiyyət təminatı sistemlərinə inteqrasiyası, beynəlxalq tələblərə uyğunluğu və milli kontekstdə tətbiq perspektivləri müzakirə edilib.
Ekspertlər yeni redaksiyada əks olunan yeniliklərin akkreditasiya qiymətləndirilməsinə və ümumilikdə ali təhsilin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb, həmçinin layihəyə rəy və təkliflərini şifahi və yazılı şəkildə təqdim ediblər.