TKTA logo

QEYRİ-FORMAL VƏ İNFORMAL TƏHSİLİN TANINMASI

Qeyri-formal təhsil

Formal təhsil mühitindən kənarda, müxtəlif kurslarda, dərnəklərdə, təlimlərdə və ya iş mühitində əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur.

İnformal təhsil

Gündəlik həyatımızda özünütəhsil yolu ilə, maraq dairəmizə və ehtiyaclarımıza uyğun əldə edilən bilik və bacarıqlardır. Bu, əsasən təcrübəyə əsaslanan səriştələrdir.

Qeyri-formal və İnformal Təhsilin Tanınması

Qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda" əsasında tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixili 508 nömrəli Qərarına əsasən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur.

Sertifikat və ya diplomun üstünlükləri?

Əldə edilən peşə ixtisasını təsdiq edən sertifikat və ya diplom vətəndaşa əmək fəaliyyətinə başlamaq, eyni zamanda ərizəçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respiblikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bi səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.

QFİTT-in fəaliyyəti ilə linkə keçid edərək tanış ola bilərsiniz

Təqdimat

Kimlər müraciət edə bilər?

Ümumi orta təhsilini 4 il, tam orta təhsilini isə 2 ildən əvvəl bitirən və müvafiq ixtisas üzrə ən azı 2 il qeyri-formal və ya informal yolla təhsil əldə etmiş şəxslər.

Qiymətləndirilmə və Tanınma Prosesinin Mərhələləri:

  1. Sənəd Qəbulu:
    Müraciətçi qeydiyyat linki vasitəsilə tələb olunan sənədləri təqdim qeydiyyatdan keçir
  2. Sənədlərə Baxış:
    Təqdim olunan sənədlərin tələblərə uyğunluğu yoxlanılır.
  3. Biliyin Qiymətləndirilməsi:
    Nəzəri biliklər test imtahanı vasitəsilə qiymətləndirilir.
  4. Bacarıq və Təcrübənin Qiymətləndirilməsi:
    Praktiki tapşırıqlar vasitəsilə ərizəçinin bacarıq və təcrübəsi qiymətləndirilir.
  5. Peşə İxtisasını Təsdiq Edən Sənədin Verilməsi:
    Nəzəri və praktiki mərhələləri uğurla tamamlayan şəxslərə peşə ixtisasını təsdiq edən sənəd (sertifikat və ya diplom) verilir.

Daha ətraflı məlumat üçün qfitt@tkta.edu.az ünvanı ilə əlaqə saxlaya, eləcə də keçidlərdən tanış ola bilərsiniz.