TKTA-nın İdarə heyətinin sədri Türkiyədə işgüzar səfərdə olub

TKTA-nın nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində Mərkəzi və Şərqi Avropa Ölkələrinin Keyfiyyət Təminatı Agentlikləri Şəbəkəsi (CEENQA) təşkilatçılığı, CEENQA-ya üzv təşkilatların nümayəndələri ilə “Keyfiyyət təminatı agentliklərinin müstəqilliyi” mövzusuna həsr olunmuş seminarda iştirak edib.

 

Seminarda TKTA-nı İdarə Heyətinin sədri Ülkər Səttarova və Akkreditasiya və lisenziya şöbəsinin böyük məsləhətçisi Zeynəb Hüseynova təmsil ediblər. Ülkər Səttarova  Agentliyin fəaliyyətinə dair geniş təqdimatla çıxış edərək, iştirakçıların suallarını cavablandırıb.

 

Ənənəvi formatda iki gün müddətində keçirilən seminarda Avropa Keyfiyyət Təminatı Assosiasiyası (ENQA) prezidenti, Avropa Universitetlər Assosiasiyasının nümayəndəsi və CEENQA və üzv təşkilatlarının rəhbərlərinin çıxışları təqdim olunub.

 

Qeyd edək ki, TKTA-nın nümayəndə heyəti seminardan faydalı məlumatlar əldə etməklə yanaşı Avropa ölkələrinin təcrübəsi ilə yaxından tanış olublar.