TKTA ilə Türkiyə Respublikasının Pedaqoji İxtisasların Qiymətləndirilməsi və Akkreditasiya Dərnəyi (EPDAD) arasında əməkdaşlığa dair memorandum imzalanıb

TKTA-nın İdarə Heyətinin sədrinin Türkiyəyə işgüzar səfəri çərçivəsidə  Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Türkiyə Respublikasının Pedaqoji İxtisasların Qiymətləndirilməsi və Akkreditasiya Dərnəyi (EPDAD) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

TKTA və EPDAD-ın İdarə Heyətinin sədrləri tərəfindən imzalanan memorandumun əsas məqsədi ali təhsil müəssisələrinin proqram akkreditasiyası sahəsində təcrübə mübadiləsi, eləcə də keyfiyyət təminatı mövzusunda müştərək tədqiqat, seminar və konfransların həyata keçirilməsidir.

 

İmzalanma mərasimində çıxış edən xanım sədr Ülkər Səttarova təməli qoyulan əməkdaşlığın hər iki quruma böyük töhvələr verəcəyini xüsusi vurğulayıb.