TKTA ali təhsil müəssisələrində təhsil alan tələbələri sorğuda iştirak etməyə dəvət edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinə əsasən təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, təhsil sisteminin və bu sahədə dövlət standartlarının davamlı inkişafını, təhsil müəssisələrinin nüfuzunun və mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasını təşviq etmək Agentliyin fəaliyyət istiqamətlərindən bir neçəsidir.

 

Fəaliyyət istiqamətinə uyğun olaraq ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, müvafiq struktur bölmənin mövcudluğu və fəaliyyətinin səmərəliliyinə dair ilkin məlumatlar əldə etmək, daxili keyfiyyət təminatı üzrə çatışmazlıqları müəyyən edərək bu istiqamətdə atılacaq gələcək addımları planlaşdırmaq üçün ali təhsil müəssisələrində təhsil alan tələbələri Agentlik tərəfindən hazırlanmış anonim sorğuda iştirak etməyə dəvət edirik. 

 

Sorğunun nəticələri təhlil olunaraq, yekun hesabat kütləvi informasiya vasitələrində ictimaiyyətin diqqətinə çatıdırılacaq. 

 

Sorğuda iştirak üçün bu keçiddən istifadə edə bilərsiniz.