Qeyri-formal və informal təhsilin tanınması

 

Qeyri-formal təhsil- formal təhsil mühitindən kənarda baş verən yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim  və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində  əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur.

 

İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən  maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.

 

Qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda"əsasında tənzimlənir. Sözügedən xidmət ödənişlidir, vətədaşlardan bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixili 508 nömrəli Qərarına əsasən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur.

Yekunda əldə edilən diplom ilk peşə təhsili üzrə diploma bərabər tutulur.

 

 

 

 

Qeyri-formal və informal təhsilin tanınması aşağıdakı ilk peşə ixtisasları üzrə qeyd olunan təhsil proqramları (kurrikulum) əsasında həyata keçirilir.

 

 

Qeyri-formal və informal təhsilin tanınması prosesi aşağıdakı ixtisaslar üzrə həyata keçirilməkdədir:

 

 

1. Bərbər     Metodik vəsaitQeydiyyat  

2.  Bağban-dekorator      Metodik vəsait Qeydiyyat 

3.  Qənnadçı-şirniyyatçı     Metodik vəsait Qeydiyyat 

4.  Tikiş avadanlıqlarının operatoru, tikişçi     Metodik vəsait Qeydiyyat 

5.  Baytar texniki    Metodik vəsait Qeydiyyat 

6.  Mobil telefonların təmiri ustası    Metodik vəsait Qeydiyyat 

7.  Plastik boru qaynaqçısı     Metodik vəsait Qeydiyyat 

8.  Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar     Metodik vəsait Qeydiyyat 

9.  Elektrik qaz qaynaqçısı      Metodik vəsait Qeydiyyat  

10. Turizm sahəsində iaşə üzrə mütəxəssis     Metodik vəsait Qeydiyyat 

11.  Avtomobillərin təmiri üzrə çilingər     Metodik vəsait Qeydiyyat 

12.  Aşpaz     Metodik vəsait Qeydiyyat

 

Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər.

 

Qiymətləndirmə və tanınma ilə bağlı prosedur 4 mərhələdən ibarətdir :

 

Qeydiyyat

 

  • Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir. Bütün sənədlər elektron poçt vasitəsilə qfitt@tkta.edu.az ünvanına göndərilir.

  • Məktub və ya şəxsən təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron poçtdan kənar vasitələrlə göndərilməsi ərizəçinin müraciətinə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Elektron poçt ərizəçi tərəfindən daim istifadə olunan olmalıdır, belə ki, müraciətlə bağlı yeniliklər (ərizənin cari statusu,qiymətləndirmə və tanınmanın keçirilmə vaxtı, yeri və nəticəsi) bu vasitələrdən istifadə edilməklə bildirilir.

  • Elektron poçtda qeyd olunan statusu mütəmadi yoxlamaq hər bir ərizəçinin məsuliyyətidir.

Ilkin baxış (müsahibə)

 

  • İlkin baxış mərhələsində təqdim edilmiş sənədlərin (materialların) qiymətləndirilməsi zamanı zərurət yarandığı təqdirdə ərizəçilərlə müsahibə keçirilir. Müsahibədə aşağıdakı məlumatlar əldə edilir:

  • Müraciət etdiyi sahə üzrə nəzəri və praktiki biliklər barəsində məlumat;

  • Nəzəri və praktiki biliklərin əldə olunması formasına dair məlumat;

  • Nəzəri və praktiki biliklərin tətbiqi imkanları və müddətləri haqqında məlumat.

Biliklərin qiymətləndirilməsi

 

  • Biliyin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə test imahanı keçirilir.

  • Test imtahanı kağız daşıyıcıları vasitəsilə və ya komputer vasitəsilə həyata keçirilir.

  • Ərizəçiyə hər bir modul üzrə 10 sual verilir və hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.

  • Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt verilir. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunur və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılır.

  • 50%-dən çoxunu düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.

Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi 

 

  • Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün müvafiq ixtisas üzrə  tapşırıqvermə üsulu ilə praktiki imtahan həyata keçirilir.

  • Praktiki imtahanda tapşırıqların yerinə yetirilməsi üçün vaxt məhdudiyyəti yoxdur. Lakin bəzi ixtisas modullarından asılı olaraq Qiymətləndirmə Komissiyası tərəfindən əvvəlcədən vaxt intervalı müəyyənləşdirilə bilər.

  • Praktiki imtahan Qiymətləndirmə Komissiyası tərəfindən müvafiq qeydlər aparılmaqla qiymətləndirilir. Tapşırıqların ən azı 50%-ni düzgün yerinə yetirən ərizəçinin nəticəsi məqbul hesab edilir

 

 

 

 

İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların təqdim olunması tələb edilir
 

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;

  • Təhsil haqqında dövlət sənədinin surəti (attestat və yaxud diplom);

  • Bilik, bacarıq, səriştə və təcrübəni əks etdirən sənədlər (fotoşəkillər);

  • Bilik, bacarıq, səriştə və təcrübənin ərizəçi tərəfindən yazılı təsviri;

  • Nümunələr (olduğu halda);

  • Əmək kitabçası (olduğu halda);

  • İş təcrübəsi haqqında arayış və müvafiq sertifikatlar (olduğu halda);

  • Məcburi dövlət sosial sığorta şəhadətnaməsi (olduğu halda).

Qeyd: İlkin baxış mərhələsindən uğurla keçən ərizəçilərdən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üçün 80 AZN məbləğində ödəniş qəbzi tələb olunur. Ödənişlə bağlı təlimatla buradan tanış ola bilərsiniz. 

 

 

Qeyri-formal və informal təhsilin tanınması üzrə qiymətləndirmə mərhələsindən uğurla keçərək, təhsil sənədi əldə etmiş ərizəçilərin siyahısı.

 

 

030908 "Quru inşaat ustası" ixtisası 

 

   1. Zeynalov Zeynal Mustafa oğlu -Sertifikat

   2. Qurbanov Müşviq Musa oğlu  -Sertifikat

 

030210 "Bərbər" ixtisası  

 

   1. Sadıxov Fuad Faiq oğlu -Sertifikat

   2. Məmmədov Vüqar Vidadi oğlu -Sertifikat

   3. Muxtrarova Ofelya Elxan qızı -Sertifikat

   4. Balayeva Vüsalə Nazim qızı -Sertifikat

   5. Abdullayeva Leylaxanım İlqar qızı -Sertifikat

   6. Quliyeva Rəmziyyə Əkbər qızı -Sertifikat

   7. Nəbiyeva Aygün Natiq qızı -Sertifikat

   8. Abbasova Lydmilla Şafahat qızı -Sertifikat

   9. Abdullayeva Əfsənə Taqətovna -Sertifikat

  10. Talıbov Əjdər Ədayət oğlu- Diplom

  11. İsmayılov Salman Cümşəddin oğlu- Diplom

 

 

030913 “Plastik boru qaynaqçısı” ixtisası

 

   1. Həsənzadə Pərviz Mahir oğlu – Diplom

   2. Məmmədov Şahin Əmir oğlu – Diplom

 

030208 “Qənnadçı-şirniyyatçı” ixtisası

 

   1. Ələkbərova Aidə Şirzad qızı – Diplom

    2. Əsgərova Sahibə Əsgər qızı – Diplom

    3. Əliyeva Gündüz Abdulhüseyn qızı – Diplom

    4. Mahmudova Səidə Adil qızı – Diplom

    5. Rüstəmova Gülnarə Ramiz qızı – Diplom

    6.Məmmədova Validə Mirzə qızı – Diplom

    7. Rəcəbova Xalidə Uzeyir qızı – Diplom

    8. Paşayeva Ülviyyə Tahir qızı – Diplom

    9. Məmmədova Günay Vaqif qızı – Diplom

    10. Kərimova Günel Ramiz qızı – Sertifikat

    11. Məmmədova İradə Əjdər qızı – Sertifikat

    12. Cəfərova Aygün Akif qızı – Sertifikat

    13.Qəmbərova Nailə Adil qızı – Sertifikat

 

030429 “Mobil telefonların təmiri ustası” ixtisası

 

    1. Məmmədxanov Əmirxan Ziyadxan oğlu – Sertifikat  

 

030208 "Aşpaz" ixtisası

       

    1. Şirəliyev Anar İlham oğlu- Sertifikat 

    2. Əzimov Anar Aşur oğlu- Sertifikat 

    3. Niftullayeva Aybəniz Məmməd qızı- Sertifikat  

Sertifikatlaşmanın həyata keçirilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi maraqlı tərəflərlə (dövlət və özəl sektoru təmsil edən işəgötürənlər) əməkdaşlıq edir! 

 

        Bugünədək əməkdaşlıq etdiyimiz müəssisələr:

 

 

                     

 

                                                                                        "Beauttech" MMC             

 

       

       “Qeyri-formal və informal təhsilin tanınması prosesində göstərdiyiniz dəstəyə və səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edir,   əməkdaşlığımızdan məmnunluq duyduğumuzu bildiririk!”

 

 

 

Agentliklə əməkdaşlıq üçün bu keçid vasitəsilə müraciət edə bilərsiniz.

 

 

 

 

 

Link

Download