Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə və məktəbəqədər təhsil müəssisələri üçün təlim təşkil edib

Keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə cari ildə bir sıra peşə və məktəbəqədər təhsil müəssisələrində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən monitorinqlərin keçirilməsi nəzərdə tutulub. Bu baxımdan, keyfiyyət monitorinqlərinin keçirilməsi nəzərdə tutulan peşə və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri üçün Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən müvafiq təlimlər  təşkil edilib.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.