Mobil telefon ustalarının praktiki bacarıqları qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və  “TexnoLab” MMC-nin texniki dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş  bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

“TexnoLab” MMC-nin təlim və istehsalat bazasında baş tutan imtahanda Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı departamentinin müdiri Fuad Mehdizadə və sahə üzrə mütəxəssis Coşqun Əliyev  və Akif Hacıyev cəlb edilib. Qeyd edək ki, daha öncə qeyri-formal və informal təhsilin tanınması prosesində ərizəçi qismində iştirak edən və peşə ixtisası üzrə diplom əldə etmiş Əmirxan Məmmədxanov da ekspert qismində qiymətləndirmə prosesində iştirak edib.

 

Qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər sözügedən peşə ixtisası üzrə diplomla təltif olunacaqlar.