Vətəndaşlar peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün nə etməlidirlər?

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması  üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, pandemiya ilə əlaqədar mövcud karantin rejimini nəzərə alınmaqla, proses üzrə müvafiq mexanizmlər və prosedur qaydaları hazırlanacaq və bu barədə Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Sayt test rejimində çalışır