Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərin təhlili nəticəsində yerli akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərin siyahısı Müvafiqdir: 06.02.2026*
Qeyd 1: Mövcud siyahı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) edilən müraciətlərin təhlili nəticəsində yerli səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyası olmadığı üçün ali təhsil sənədlərinə imtina verilmiş universitetlərdən formalaşıb. Bu baxımdan, sözügedən siyahı mütəmadi olaraq yenilənir.
Qeyd 2: Bu siyahıda yer almayan ali təhsil müəssisələrinin fəaliyyət göstərdikləri ölkələrdə yerli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyasının olub-olmadığını öyrənmək məqsədilə ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (
www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür. Ukrayna üzrə isə həmin ölkədə fəaliyyət göstərən universitetlərin lisenziya və akkreditasiya ilə bağlı məlumatları Vahid Dövlət Elektron Məlumat Bazası (USEDE) vasitəsilə yoxlanıla bilər.