Şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinin müddəti uzadılıb 11.09.2020

Vətəndaş məmnunluğunun təmin edilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyində sentyabrın 11-dək 518 müraciətçiyə müvafiq şəhadətnamələr təqdim edilmişdir.

Vətəndaşlar ,vətandaşların  birinci dərəcəli ailə üzvləri və ya etibarnamə əsasında onları təmsil edən səlahiyyətli nümayəndələri karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər. SMS bildirişi almayan vətəndaşların isə  Agentliyə yaxınlaşmamaları xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 16 mart 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır.

Qeyd edək ki, avqustun 12-dən etibarən bərpa edilən bu xidmət mart 2020-ci il tarixindən başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində  “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir.

 

1 / 14