Akkreditasiya üzrə təlimçi bazasına mütəxəssislər dəvət edilir 09.09.2020

   Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsildə keyfiyyət təminatı və ali təhsil müəssisələrinin akkreditasiyası üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət  olacaq “Təlimçi bazası”na təlimçilər dəvət edir.

   Seçilmiş namizədlər üçün yerli və beynəlxalq Keyfiyyət Təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcəkdir.

   Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir.

   Müraciət üçün, Agentliyin internet saytının (tkta.edu.az) “Təlimçi bazası” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

 

1 / 14